Bakıda qəzaya uğrayan mikroavtobus aşdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Kürdəxanıda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəzanın videosu sosial şəbəkələrdə paylaşılıb.
“Mercedes” markalı avtomobil ilə mikroavtobus toqquşub. Qəza nəticəsində mikroavtobus aşıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib.
O bildirib ki, qəzaya səbəb nəqliyyat vasitəsinin kənar yoldan əsas yola çıxarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması olub:
“Qəza zamanı mikroavtobus boş olub. Avtobus sürücüsü qolundan yüngül xəsarət alıb. Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Yol-nəqliyyat hadisəsində ölüm qeydə alınmayıb”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...