Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - FOTO/VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - FOTO/VİDEO
Foto Video
Hadisə 165

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran APA TV-nin çəkiliş heyətinə təzyiq göstəriblər.Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə biliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər