Bakıda qəribə soyğun: Cinayətkar alışqanla silahlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yerləşən lombardın işçisi qarət edilib.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət hadisəsi 4 noyabr günorta saatlarında, Qara Qarayev prospektində olub.
Belə ki, bir kişi lombarda girib və 1971-ci il təvəllüdlü işçi Nəzakət Bayramovanı tapança ilə hədələyərək əlindəki bütün pulları verməsini tələb edib. Bu zaman lombarda rayon təhlükəsizlik şöbəsinin əməkdaşları gəlib və onlar cinayətkarı 25-ci polis bölməsinə aparıblar.
Saxlanılan şəxsin 1990-cı il təvəllüdlü paytaxt sakini Emin İsgəndərov olduğu müəyyən edilib. Ondan götürülən tapança adi alışqan olub.
Quldurluq hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - İntihar edən tələbənin atası - VİDEO
Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Müğdət qızı özünü dənizə ata...