Bakıda qəbiristanlıqdan qumbara tapıldı

Bakıda qəbiristanlıqdan qumbara tapıldı
Hadisə 167

Bakıda qəbiristanlıqda qumbara aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan F-1 qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb və ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər