Bakıda qayınatasını öldürən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərovun məhkəməsi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Taleh Heydərov 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü T.Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.
T.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Qohumunun evində arvadını... - Ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL – Azərbaycanda ŞOK CİNAYƏT
Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il t...