Bakıda qanunsuz tikililər sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Belə ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Binə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Qalereya
Oxşar xəbərlər
Kanalda boğulub ölən Muradın fotosu
Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğ...