Bakıda qanunsuz işləyən əyləncə klubu aşkarlandı: 100-dən çox şəxs cərimələndi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 100-dən çox şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.
Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
Oxşar xəbərlər
“Şuşa” restoranında gizli keçirilən toydan görüntülər - VİDEO
Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilməyən şadlıq saraylarının birində, “Şuşa” restoranında toy mərasiminin keçirilməsi...