Bakıda qadınları videogörüntüləri ilə şantaj edən müğənniyə HÖKM oxundu - FOTO

Bakıda qadınları videogörüntüləri ilə şantaj edən müğənniyə HÖKM oxundu - FOTO
Hadisə 768
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu və şantaj yolu ilə pul tələb etməkdə ittiham olunan 29 yaşlı Səfa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilənin vəkili müdafiə etdiyi şəxsin barəsində həbs nəzərdə tululmayan cəza təyin edilməsini istəyib.Zərərçəkmiş Gülmirə Qasımova isə təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb edib: "Əgər məhkəmə onu azadlığa buraxarsa, yenidən şikayət edib tutduracağam".S.Məmmədov son söz söyləyib və heç kimi şantaj etmədiyini, günahsəz olduğunu deyib.Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirdən sonra hökm oxunub. Hökmə əsasən, Səfa Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib.İttihama görə, S.Məmmədova zərərçəkmişi videogörüntülərlə şantaj edərək ondan pul tələb edib.S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.

Son xəbərlər