Bakıda qadını vəhşicəsinə qətlə yetirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Oxşar xəbərlər
5 dost özləri üçün 1 qız çağırdı, sonra... - 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ
Xaçmazda qətl törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Rüstəmov və Biləsuvar rayon sakini, 1995-ci il təvəllüdlü Ramil...