Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 36 yaşlı qadın qətlə yetirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.
Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....