Bakıda qadını elektrik naqili ilə boğaraq öldürən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadəyə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə qərar hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən il mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N (ad, soyad şərtidir) tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğularaq qətlə yetirilib.
Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İttiham aktına əsasən, yüngül həyat tərzi keçirən M.N hadisə günü tanışı E.Əlizadə ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul edib.
Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib.
E.Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.
Oxşar xəbərlər
Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum olub
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. BAKU.WS “report”a istinadən...