Bakıda qadına qarşı cinayət törədən keçmiş məhkum tutulub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadına qarşı soyğunçuluq edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində naməlum şəxsin qəsəbə sakini olan qadının mobil telefonunu soyğunçuluq yolu ilə talaması barədə polisə müraciət daxil olub.
Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.
Suraxanı rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə onun gizləndiyi yer müəyyən olunaraq 31-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...