Bakıda qadın mağazadan ağlagəlməz üsulla oğurluq etdi - VİDEO

27
iyn
2019
08:05
Əvvəlcə dükandakı paltarlara baxır. Sonra isə aldığı 3 ədəd corabın dəyəri olan 6 manatı çıxmaq üçün satıcıya 100 manat uzadır.Lakin həmin pulu vermədən qalığı da alaraq oradan uzaqlaşır.Hadisə 2 gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən qadın paltarları mağazasında baş verib. Mağazaya daxil olan orta yaşlı qadın satıcını aldadaraq 95 manat pul alıb və aradan çıxıb.Mağaza sahibinin sözlərinə görə, həmin qadın dükana taksi ilə gəlib. Çıxanda da tələsik taksiylə oradan uzaqlaşıb. Onun bu hərəkəti satıcını şübhələndirib və bundan sonra aldadıldığını anlayıb.Mağaza sahibi bildirib ki, hadisənin görüntüsünü sosial şəbəkədə paylaşdıqdan sonra 20-ə yaxın başqa dükandan da bu cür aldadıldıqları barədə mesajlar alıblar.Hətta onlardan bəziləri foto və videolar da göndəriblər.Faktla bağlı polisə məlumat verilib, qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda əcnəbilər market və mağazalarda insanları aldadıb pulunu alır - VİDEO
Bakıda və rayonlarda son vaxtlar eyni üsulla törədilmiş fırıldaqçılıq halları artıb. Söhbət satıcını aldadıb onun pulunu mənimsəməkdən gedir. Bu şəxslər alıcı q...
