Bakıda prokurorluq orqanlarının 8 əməkdaşı məsuliyyətə cəlb edilib

Ötən il Bakı şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
BAKU.WS-in məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində şəhər prokuroru İlqar Abbasov deyib.
Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.
Oxşar xəbərlər
14 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib
"2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib". BAKU.WS "Report"a istinadla xə...
