Bakıda vahimə yaradan “Prius” sərnişini SAXLANILDI - YENİLƏNİB - FOTO/VİDEO

Sosial şəbəkələrdə yayılan şəxsin ictimai qaydanı pozmasını özündə əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, tədbirlərlə gürüntülərdəki şəxs - 1996-cı il təvəllüdlü Bayramov Zahid müəyyən olunaraq saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
***11:05
Bakıda “Toyota Prius” markalı avtomobilin sərnişininin qəribə hərəkətləri reaksiyalara səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda sərnişinin xanım sürücüyə qarşı qəribə hərəkətlər sərgilədiyi əks olunur.
Xanım bildirib ki, qarşı tərəf qışqıraraq ictimai-asayişi pozub. Videodan idarə olunan avtomaşının da çoxlu qəzaya düşdüyü və deformasiya uğradığı da görünür.
Videoya gələn şərhlərdə bəzi istifadəçilər videonu çəkən qadına haqq qazandıraraq belə şəxslərin cəzalandırılmalı olduğunu bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...