Bakıda "Porsche" qəza törədib, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.
"Porsche" markalı avtomobil yüksək sürətlə əvvəlcə "Opel"ə, daha sonra hərəkətsiz dayanan "Hyundai" və "Toyota" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Opel"də olan sürücü bədən xəsarətləri alıb.
"Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsünün dediyinə görə, "Porsche" markalı avtomobil yüksək sürətlə hərəkətdə olub.
"Porsche"nin sürücüsü və sərnişini isə hadisə yerində olan əməkdaşın suallarına cavab verməkdən imtina edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtoqəza zamanı avtomobil yanıb, sürücü xəsarət alıb - FOTO
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində q...