Bakıda “Porsche”-nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar.
Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.
Oxşar xəbərlər
Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisin...