Bakıda polislər yol qəzasında xəsarət aldı

08
okt
2019
12:21
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb.BAKU.WS xəbər verir ki, bununla bağlı “oxu.az”a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü “Hyundai”la toqquşub.Hadisə zamanı “Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub.Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub.Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb
Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.BAKU.WS APA-a istinadla xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş veri...
