Bakıda polis yenidən 21 yaşlı bu qızı axtarır - FOTO

Bakıda polis yenidən 21 yaşlı bu qızı axtarır - FOTO
Hadisə 307

Bakıda 21 yaşlı qız itkin düşüb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bakıda polis yenidən 21 yaşlı bu qızı axtarır - FOTO

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02 (012 )590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər