Bakıda polis qəzada həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində polis qəzada vəfat edib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb: “V.Quliyev hadisə yerində ölüb”.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yağışlı havada Bakıda baş verən qəzalar - VİDEO
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avt...