Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli “report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə Babək prospektində baş verib:
“Həmin görüntülərdəki nəqliyyat vasitəsi Nizami Rayon Dövlət Yol Polisinə məxsus avtomobildir. Yaşlı qadın yolu keçən zaman onun ayağı büdrəyərək avtomobildən xeyli aralıda yerə yıxılır.
Həmin DYP avtomobili qadına dəyməyib. Polis əməkdaşları da maşını saxlayaraq qadına kömək edib yolu keçirirlər. Bizdə hadisə ilə bağlı digər videogörüntülər də var. Görüntülərdən aydın şəkildə görünür ki, polis avtomobili qadını vurmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması iddiası ilə videogörüntülər yayılmışdı.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...