Bakıda polis maşını minik avtomobili ilə toqquşub

Bakıda polis maşını minik avtomobili ilə toqquşub
Hadisə 248

Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil "Opel Astra" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər