Bakıda polis bu qızı axtarır

Bakıda polis bu qızı axtarır
Hadisə 200

Bakıda gənc qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Lerik rayonunda anadan olmuş hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 26 yaşlı Muxtarova İlahə Teymur qızı iyunun 7-də saat təxminən 05:45-də yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər