Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisələr aprelin 1-də qeydə alınıb.
Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” maralı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.
Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsi ərazisində baş verib.
Belə ki, naməlum sürücü idarə etdiyi naməlum avtomobillə hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Baldızını güllələyib qaçdı, dördüncü dəfə tutuldu: Sumqayıtdakı qətlin təfərrüatı - FOTO
Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Habil Həsənovun cinayət işi üzrə təfərrüatlar məlum olub. BAKU.WS “ölkə.az”a istinad...