Bakıda partlayışda xəsarət alan ana və balanın bədənlərinin 60 faizi yanıb - YENİLƏNİB

Bakıda partlayışda xəsarət alan ana və balanın bədənlərinin 60 faizi yanıb - YENİLƏNİB
Hadisə 441

Bakı şəhərinin Nizami rayonunda baş verən partlayış zamanı xəsarət alan ana və övladının vəziyyəti açıqlanıb.

BAKU.WS-in məlumatına görə, 5 saylı Şəhər Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:

“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60%) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.

***16:20

Bakıda partlayış hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və uşaqları xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər