Bakıda özəl klinikanın qadın həkiminə 14 bıçaq zərbəsi VURDULAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
Oxşar xəbərlər
Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi - VİDEO
2021-ci il noyabrın 27-i saat 21 radələrində Fərid Əliyev 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb. İlşad Əliyevin isə həyatı xilas edilib. Daxil olan məlumat...