Bakıda obyekt yandı

Bakıda obyekt yandı
Video
Hadisə 203

Bakı şəhərinin Nərimanov rayonu, İ.Qayıbov küçəsində yerləşən obyektdə yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 1 300kv.m olan, avadanlıqların təmiri sexi və anbar kimi fəaliyyət göstərən obyektin dam örtüyündə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektin təmir və anbar hissəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin dam örtüyü 120kv.m. sahədə və işçilərin soyunub-geyinmə otağı 5kv.m. sahədə yanıb.

Obyektin təmir və anbar sahəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən...

38 Hadisə 09:00 31 iyul 2025

Son xəbərlər