Bakıda "NİVA" markalı avtomobil yandı - ANBAAN GÖRÜNTÜ
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş "NİVA" markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "NİVA" markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Gəncədə direktor müavininin güllələnməsinin ŞOK TƏFƏRRÜATI - Oğlu saxlanıldı
Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub. BAKU.WS Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb at...