Bakıda narkotikin təsiri altında avtomobili idarə edən sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu ərazisində narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədov Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.
Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Bakıda sürücülər saxlanıldı: bəziləri narkoman çıxdı – VİDEO
Bakıda reyd zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.Bel...