Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Xəzər" markalı, 77-LF-416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vüsal Miriyev saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırıldığı aşkar edilib, eləcə də hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Miriyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Miriyev 20 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. BAKU.WS xəbər verir ki. ilkin...