Bakıda narkotik alverçilərinə qarşı xüsusi əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.
BAKU.WS xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları rayon ərazisində əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Əbdül Eyvazovu şübhəli şəxs qismində saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,910 qram heroin aşkar edilərək götürülüb.
Eyni zamanda Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Vasif Davidovu saxlayıb.
Onun üzərindən 7,163 qram marixuana aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat təd...