Bakıda MTK gecə saat ikidə xəstəxana yaxınlığında tikinti aparır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saat 02 radələrində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin yanında MTK-lardan birinin tikinti işləri aparması barədə sosial şəbəkələrdə video yayılıb.
İddia edilib ki, xəstəxananın içini toz və səs-küy bürüyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, “Anima MMC” şirkətlər qrupuna məxsus texnikalar burada bünövrə qazıb və bərkitmə işləri aparıb.
Hadisə ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən sözügedən MTK-ya sanitar-gigiyenik qaydalara, tikinti normalarına riayət olunması, qonşu ərazilərdə yaşayan sakinlərin rifah halının qorunması məqsədilə xəbərdarlıq olunub.
Oxşar xəbərlər
Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırıldı – rəhbər həbs edildi - RƏSMİ
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları...