Yasamalda svetoforun qırmızı işığında keçən motosiklet avtomobilə çırpıldı

Yasamalda svetoforun qırmızı işığında keçən motosiklet avtomobilə çırpıldı
Video
Hadisə 956

Svetoforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insan həyatı sağlamlığı üçün fəsadlara səbəb olur. 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü svetoforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar. 

Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər svetoforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar.

***11:55

Bakıda Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Qəza zamanı həm piyada, həm də motosikletçi ciddi xəsarət alıb. 

Oxşar xəbərlər

Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. "Zəlzələlərin tətqiqatı bürosunun m...

24 Hadisə 08:57 09 mart 2025

Son xəbərlər