Bakıda moped "Prius"a çırpıldı, xəsarət alanlar var

Bakıda moped Priusa çırpıldı, xəsarət alanlar var
Foto
Hadisə 55

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, moped Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olan "Toyota Prius" markalı minik avtomobilinə arxadan çırpılıb.

Daha sonra digər "Toyota Prius" avtomobili qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyib.

Hadisə nəticəsində mopedin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər