Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO/VİDEO

Bakıda moped avtomobilə çırpılıb, xəsarət alan var - FOTO/VİDEO
Foto Video
Hadisə 79

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sarayevo küçəsində baş verib.

“Kia” markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə “Kia”ya çırpılıb. Zərbənin təsirindən E. Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

Son xəbərlər