Bakıda minik avtomobili yük maşınına çırpılıb - VİDEO

06
okt
2022
08:38
Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.
Belə ki, Ceyhun Talıbov idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman o idarəetməsində olan maşını eyni istiqamətdə olan “Qazel” markalı yük avtomobilinə çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.
Sürücü xəsarət alıb.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşət - qırmızı işıqda keçən sürücü ağır qəza etdi - VİDEO
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin k...
