Bakıda məşhur restoranda göyərçinlərə atəş açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Baki şəhəri, Bayıl qəsəbəsində yerləşən “Glazed” restoranının əməkdaşlarının ərazidəki quşlara atəş açması ilə bağlı polisə müraciət edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, A.Nəsirov küçəsində yaşayan L.Mixaylovna polisə zəng edərək evinin yaxınlığındakı restoranda çalışan şəxslərin ətrafdakı göyərçinlərə atəş açdığını deyib. Bundan sonra əraziyə polis əməkdaşları gəlib və restorana baxış keçirilib.
Baxış zamanı restoranın sahibi, 1978-ci il təvəllüdlü Dilsuz Əliyevə məxsus “Kral Air Rifle Kal” markalı tüfəng aşkar edilib. Atəş açan şəxsin restoranın inzibatçısı, 1990-cı il təvəllüdlü Cəlil Rəhimov olması müəyyən edilib.
Onlar silahın istifadəyə yararsız tir tüfəngi olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...