Bakıda "Mercedes" yolun ortasında yandı - ANBAAN VİDEO

09
apr
2023
09:30
Bakıda mərkəzi yolların birində minik avtomobili yanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, dünən axşam saatlarında baş verən yanğın Yasamal rayonu, Mətbuat prospektində qeydə alınıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...