Bakıda mənzildən yaşlı kişi meyiti tapıldı

21
apr
2021
18:30
Bakıda mənzildən kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Abdullayev Ramin Hüseyn oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda evdən 49 yaşlı kişinin meyiti tapılıb
Bakıda evdən 49 yaşlı kişinin meyiti tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Fövqəladə H...
