Bakıda mənzildən kişi meyiti tapıldı

12
fev
2021
14:24
Bakıda mənzildən kişi meytiti tapılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Bakıxanov Fərrux Aqşin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildə meyit aşkarlandı
Bakının Nəsimi rayonunda mənzildə 35 yaşlı kişinin meyiti aşkarlanıb. BAKU.WS bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazir...
