Bakıda mənzildə külli miqdarda aksiz markasız siqaretlər aşkarlandı - FOTO

Bakıda mənzildə külli miqdarda aksiz markasız siqaretlər aşkarlandı - FOTO
Foto
Hadisə 1386

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

BAKU.WS-in Komitəyə istinadən verdiyi məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mənzildə bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markasız siqaretlərin saxlanılması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu məhkəmənin qərarı ilə həmin mənzildə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Baxış zamanı mənzildən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 208 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Son xəbərlər