Bakıda mənşəyi məlum olmayan ətlərdən istifadə edən restoran bağlandı - FOTO
13
sen
2019
14:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mənşəyi məlum olmayan ət və ət məhsulları istifadə edən restoranın fəaliyyəti məhdudlaşdırılıb.Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb.
Müəyyən edilib ki, əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanitariya-gigiyena və texniki normativ sənədlərin tələbləri kobud şəkildə pozulub.Monitorinq zamanı baytarlıq-sanitariya ekspertizası aparılmayan və baytarlıq arayışı ilə müşahidə olunmayan ət və ət məhsullarından istifadə ediliyi aşkarlanıb.
Yoxlama zamanı xammalın saxlanması sahəsi olmadığına görə məhsulların birbaşa mətbəxdə, yemək zalında döşəmənin üzərində və masaların altında yığılaraq saxlanıldığı müəyyən olunub.Qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb.Qida məhsulalrından nümunələr götürülərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Restoranın fəaliyəti məhdudlaşdırılıb.Qeyd edək ki, sahibakarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda iyrənc mənzərə - Bu toyuqları bizə yedizdirirlər – FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektində fəaliyyət gö...