Bakıda məktəbdən büst oğurlandı
14
apr
2020
19:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır.
Oxşar xəbərlər
Ağcabədidə qaçırılan məktəbli qız: “Dedim 13 yaşım var...” - TƏFƏRRÜAT
Qız qaçırmaqda ittiham edilən Ağcabədi rayon sakinləri – 1994-cü il təvəllüdlü Sadiq Fərzəliyev, 1980-ci il təvəllüdlü Samir Kazımov, 1986-cı il təvəllüdlü Nami...