Bakıda maşın oğruları izi itirmək üçün onu hissələrə ayırıb satmaq istədilər

Bakıda maşın oğruları izi itirmək üçün onu hissələrə ayırıb satmaq istədilər
Hadisə 24

Nizami rayonunda avtoyuma məntəqəsindən müştərinin maşınını qaçıran şəxslər saxlanılıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, sürücü polisə müraciət edərək, avtoyuma məntəqəsinə verdiyi "Hyundai" markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla "izi" itirməyə çalışıblar. Bu planları baş tutmadıqda isə avtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər