Bakıda maşın reklam lövhəsinə çırpılaraq yandı - Ölən və yaralanan var

12
iyn
2019
09:40
Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.BAKU.WS report-a istinadən xəbər verir bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib."Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub. Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.

Oxşar xəbərlər
Bakıda “Çelsi” və “Arsenal” azarkeşləri arasında dava: xəsarət alanlar var
Bakıda ingilis azərkeşləri arasında ilk qarşıdurma qeydə alınıb.Dünən axşam saatlarında paytaxtın Malakan bağında “Çelsi” azərkeşləri ilə “Arsenal” azərkəşləri...