Bakıda maşın piyadanı vurub öldürdü - FOTO

Bakıda maşın piyadanı vurub öldürdü - FOTO
Foto
Hadisə 388

Nizami rayonunda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının qarşısında, şəhər istiqamətində qeydə alınıb.

“99-UO-105” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçən orta yaşlı piyadanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. Yolun hadisə baş verən hissəsində sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yeraltı piyada keçidi var. Hadisənin təfərrüatı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər