Bakıda maşın “KamAZ“a çırpılıb, xəsarət alan var - FOTO
28
apr
2023
08:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt şosesində yol qəzası baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, avtoqəza Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı maşını idarə edən 1968-ci il təvəllüdlü Məmmədov Məmməd Hüseyn oğlu sükan arxasında yuxulayıb.
Bu zaman o, maşınını eyni istiqamətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...