Bakıda marketdən 170 manatlıq siqaret oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda marketdən 170 manatlıq siqaret oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR
Video
Hadisə 185

Nərimanovda baş verən oğurluq hadisəsi araşdırılır.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib.

O, qeyd edib ki, görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

***

Ötən gün Bakıda mağazalardan birindən 170 manatlıq siqaret oğurlanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə şəhərin Nərimanov rayonu, Koroğlu Rəhimov 55C ünvanında baş verib.

Belə ki, naməlum şəxs mağazaya yaxınlaşıb və siqaret almaq istədiyini bildirib. Daha sonra o, 170 manatlıq siqaretin ödənişini etməmiş oradan uzaqlaşıb:

"Əvvəlcə kart verib ki, pulu buradan çıxın. Daha sonra kassir kartın kodunu soruşanda, "gedib soruşum, gəlirəm deyib. Kartı kassirə verib, qaçaraq marketdən uzaqlaşıb".

Şikayətçinin sözlərinə görə, hadisə barədə polisə müraciət olunub.

Hadisə anının görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

Son xəbərlər