Bakıda mal əti adı ilə at ətindən dönər hazırlanırmış

Buzovnada çiy dönər və toyuq əti emalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mənşəyi məlum olmayan 6 min 159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.
Yoxlama zamanı "AL-ASR" əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Tərtər rayonunda 1979-cu il təvəllüdlü Cavad qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəni və onunla intim münasibətdə olduğu Sərxanı (adl...
