Bakıda Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü

Bakıda Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü
Hadisə 680
Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.BAKU.WS "trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.Naməlum sürücü paytaxtın Azadlıq prospekti, "Skripka" parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən "Mercedes E-klas" markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.Faktla bağlı istintaq davam edir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda naməlum avtomobil 36 yaşlı qadını vurub qaçdı

Bakıda naməlum avtomobil 36 yaşlı qadını vurub qaçdı

Bakıda qadını avtomobil vurub.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.Naməlum avtomobil Binəqədi rayonu, C.Xəndan küçəsi ilə A...

434 Hadisə 21:40 24 sentyabr 2019

Son xəbərlər